ArxivmədəniyyatXəbər lentiXəbərlər
Türkiyə polisi vətəndaşın ağzını cırmaq istədi

FaktXəbər-in verdiyi məlumata görə, Türkiyənin Adana şəhərində polis az qala saxladığı şəxsin ağzını cıracaqdı.
Kobanidə İŞİD terrorçuları ilə döyüşdə həyatını itirən Sibel Bulut (Sarya Özgür) üçün Adanada qurulan yas çadırına polis müdaxilə edərək, yaxına heç kəsi buraxmayıb. Hüquq mühafizə işçiləri nümayişçilərə qarşı güc tətbiq edərək, onların yürüş keçirməsinə imkan verməyib.
Qarşıdurma zamanı ümumilikdə 12 nəfər saxlanılıb. Ətrafda gərginliyin davam etdiyi bildirilir.