ArxivXəbər lentiXəbərlər
Evi sökülәn “Sovetski” sakini özünü yandırdı

Az әvvәl Bakının “Sovetski” kimi tanınan mәhәllәsindә evinin sökülmәsinә vә buna görә verilәn kompensasiyanın azlığına etiraz edәn sakin özünü yandırıb. Bu dәhşәtli intihar hadisәsi haqda mәlumatı “İnterfaksAzәrbaycan” agentliyinә şahidlәr veriblәr.
Bildirilir ki, insident Mirzağa Әliyev küçәsi, 108 ünvanında baş verib. Hazırda hәmin küçәdә evlәrin sökülmәsi prosesi gedir. Özünü yandıran şәxsin kimliyi hәlәlik mәlum deyil, ancaq onun sökülәn evinә görә, kompensasiyanın azlığına etiraz olaraq bu addımı atdığı deyilir.
Hadisә yeri güclü mühafizә altına alınıb, jurnalistlәr vә digәr şәxslәr әraziyә buraxılmır. Tәfәrrüatları dәqiqlәşdirmәyә çalışırıq.//savash.org