İrəvanda xaos: yürüşlər sabah davam edəcək

Bir ailənin 6 üzvünü öldürən rus hərbçisi Valeri Permyakovun Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsi tələbi ilə bağlı başlayan yürüş-mitinq sabah davam edəcək.
Axar.az erməni mediasına istinadla xəbər verir ki, bu gün İrəvandan gələn maşınların da qatıldığı və Gümrüdəki 102-ci Rusiya bazasının önündə təşkil edilən yürüş-mitinq Şirak əyalətinin prokuroru ilə uzunmüddətli danışıqlardan sonra sabaha qədər təxirə salınıb.
Yürüşçülər sabah Avetisyan ailəsinin dəfnindən sonra yenidən prokurorluğun qarşısına toplaşmağa qərar veriblər.
Xatırladaq ki, yanvarın 12-də Gümrüdə Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirmişdi. Türkiyə ilə sərhəddə həbs edilən Permyakovun Ermənistan hüquq mühafizə orqanlarına təhvil verilməsindən imtina edildikdən sonra hərbi bazaya yürüş-mitinq təşkil edildi.
Yüzlərlə maşının iştirak etdiyi yürü