ArxivIslamXəbər lentiXəbərlər
MMDİB “İslamafobiyaya yox!” adlı konfrans keçirdi – (Foto)

“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin təşkilatçılığı ilə “Yeni islamofobiyalara yox!” – Fransa olaylarına bir baxış adlı konfrans keçirilib
“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Yeni islamofobiyalara yox!” – Fransa olaylarına bir baxış adlı konfrans keçirilib.
Konfransda Azad Qarabağ Uğrunda İslami Müqavimət hərəkatının rəhbəri Rövşən Əhmədli, MMDİB sədri Ruhullah Novruzzadə, DEVAMM sədri İlqar İbrahimoğlu, AİP sədr əvəzi Elçin Manafov və “Müsəlman Birliyi Hərəkatı”-nın sədr əvəzi Elçin Qasımov çıxış edib.
Konfransda son günlər Qərb ölkələrində, o cümlədən Fransada islam dini əleyhinə təbliğatın aparılması, peyğəmbərin (s) karikaturasını müxtəlif qəzet, jurnal, saytlarda yerləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.