AktualAktualArxivXəbər lentiXəbərlər
Ayətullah Xameneinin məktubu rekord sayda oxundu

AzadXeber.az-ın verdiyi məlumata görə, İranın ali lideri Ayətullah Xameneinin avropalı və şimali amerikalı gənclərə məktubu üç gün ərzində 50 milyondan çox oxunub. Bu barədə ictimaiyyətə ölkənin Xarici Əlaqələr Strateji Şurasının üzvü Seyid Məhəmməd Mehdi Müstəfəvi açıqlama verib. O, əlavə edib ki, Ayətullah Xameneinin müraciətinin mühüm tərəfi gənclərə müraciəti olub.
Seyid Məhəmməd Mehdi Müstəfəvi mövzu ilə bağlı daha sonra bunları deyib: “Müraciət bu gün Avropa və Şimali Amerikada məyusluq və çaşqınlığa düçar olmuş, lakin qəlbləri sədaqətlə deyilən sözləri qəbul etməyə hazır olan gənclərə xitab olunub”.