ArxivXəbər lentiXəbərlər
İstanbulda Xocalı soyqırımını anım yürüşü keçirilib – FOTO

Mitinqin sonunda Xocalı şəhidlərinin xatirəsi yad edilib.
İstanbulda Xocalı soyqırımını anım yürüşü keçirilib.
Qafqaz mədəniyyət mərkəzi APA-ya istinadən xəbər verir ki, İstanbulda Xocalı soyqırımını lənətləyən yürüş və mitinq keçirilib. Turançı Hərəkat Platformasının koordinatorluğu ilə keçirilən yürüş yürüş iştirakçıları yol boyu “Qarabağ Türkündür, Türkün qalacaq!”, “Xocalıya ədalət, Qarabağa azadlıq” şüarları səsləndiriblər.
Kadıköy meydanında keçirilən mitinqdə çıxış edən Azərbaycan millət vəkili Sabir Rüstəmxanlı ermənilərin 300 ildən bəri türklərə qarşı həyata keçirdikləri soyqırımlardan danışıb.
Mitinqin sonunda Xocalı şəhidlərinin xatirəsi yad edilib.
Aksiya insidentsiz başa çatıb.