ArxivXəbər lentiXəbərlər

Azərbaycan Avropa Olimpiya Oyunlarına 8 milyard dollar xərcləyəcək

Azərbaycanda ilk Avropa Olimpiya Oyunlarına Azərbaycan 8 milyard dollar xərcləməyi planlaşdırır. Bunu Britaniyada çıxan “Business New Europe” (BNE.eu) yazır. Təşkilat komitəsindən dərgiyə deyiblər ki, bu oyunlar Azərbaycan tarixində ən məhtəşəm şou olacaq. 2012-ci ildə Azərbaycan Eurovision mahnı müsabiqəsinə ev sahibliyi etmişdi və bunun təşkilinə 75,7 milyon dollar ayrılsa da, reallıqda 277 milyon dollardan 721 milyon dollara kimi pul xərcləndi. Müqayisə üçün, 2009-cui ildə Moskvada Eurovision finalına 44 milyon dollar xərclənmişdi. Bakıda İlk Avropa Olimpiya Oyunlarının təşkilat Komitəsi olan Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin baş icra rəhbəri Simon Clegg bildirib ki, bu, Azərbaycanda ən fantastik şou olacaq, Bakıdakı Eurovision finalının şousu bunun yanında kiçik, lokal hadisəyə çevriləcək. Qeyd edək ki, Azərbaycan Dövlət Statistika komitəsinin məlumatına görə, Azərbaycanda aylıq orta maaş 441 AZN-dır

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button