ArxivIslamXəbər lentiXəbərlər

Beş ay araşdırdım … və şiə oldum.

Belarusiyalı xristian qadın Asitanın qeyri- iranlı ziyarətçilər şöbəsinin təşəbbüsü ilə müqəddəs Məşhədə səfər edib, həzrət imam Rizanın pak hərəmini ziyarət etdkdən sonra müsəlman və şiə olmuşdur. Qafqaz mədəniyyət mərkəzinin raportuna görə Belarusiyalı Anastaziya Şursova adlı xristian bir qadın beş ay araşdırmadan sonra müqəddəs Məşhədə səfər edib, həzrət imam Rizanın pak hərəmini ziyarət etdikdən sonra Asitanın qeyri- iranlı ziyarətçilər şöbəsinin nəzarəti ilə müsəlman və şiə olmuşdur. Məşhədə səfər etdikdən və beş ay araşdırdıqdan sonra müsəlman olan bu qadın müxbirlərə demişdir: Bu mələkut məkanında yenidən olduğuma görə çox şadam. Sanki öz itiyimi tapmışam. O bildirmişdir: Asitan-qüdsi-rəzəvinin qeyri-iranlı ziyarətçilər idarəsilə keçirilən bir iclasda islam haqqındakı suallarıma cavab verildi, üsul və fürui-din sadə şəkildə deyildi. O, islamla şərəfləndikdən sonra özünə ayrı bir ad qoymadı və bildirdi ki, bu adı mənə anam vermişdir və onun mənası yenidən doğulmaqdır. Sanki islamla şərəfləndikdən sonra yenidən düyaya gəlirəm. Asitan-qüdsi-rəzəvinin qeyri-iranlı ziyarətçilər idarəsi tərəfindən bu xanıma mədəni hədiyyələr, rus dilində namaz təlimi, qırx qüdsi hədis, ingilis dilində həzrət imam Rizanın ailəyə dair hədisləri, imam Xumeyni(rə)nin həyatı və hərəmin fasadlarından müxtəlif fotolar təqdim edilmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button