AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətüllah Amili səudilərin Yəməndə qırğın törətdiyi bir vaxtda İlham Əliyev o ölkəyə səfərini şiddətlə tənqid etmişdir.

O, İ.Əliyevin Ərəbistana etdiyi səfərə işarə edərək demişdir: Azərbaycan prezidenti Ərəbistana səfər etməklə təkcə müharibəni təsdit etməmiş, onu himayə də etmişdir. Qafqaz mədəniyyət mərkəzinin raportuna əsasən Ərdəbil imamcüməsi və vəliyyi-fəqihin nümayəndəsi cümə namazı xütbələrində petrokimiya və dəmir yolu lahiyələrinin ləngiməsini tənqid etmişdir. Ayətüllah Amili həzrətləri ölkədə iki nəhəng petrokimiya zavodunun (qərb etilen sexinin II fazası və Kaviyan petrokimiya zavodu) açılışı, eləcə də yeni ildə 11 petrokimiya sexinin istifadəyə verilməsinə işarə edərək Ərdəbil petrokimiyasının səhlənkarlığa məruz qalmasını tənqid etmişdir. O həmçinin Tehran- Qum- İsfahan dəmiryolu proyetinə 600 milyon dollar vəsaitin ayrılmasına və Qəzvin-Rəşt dəmir yolunun reyls qoyma mərhələsinin başlanmasına işarə edərək Ərdəbil dəmir yolunun işinin dayanmasını qınamışdır. O, eləcə də vilayətdəki su cərəyanlarının nəzarətə alınmaması və axıb vilayətdən çıxması haqda xəbərdarlıq etmişdir. Vilayətimizin xibrələr məclisindəki deputatı xütbənin ayrı bir hissəsində Ərəbistanın müharibəni dayandırmağa dair qərarına işarə edərək demişdir: Ərəbistanın öz hərbi təchizatına, Amerikaya və koalisaya etimad etməsi böyük səhv idi. O artırmışdır: bu müharibənin çoxlu insan tələfatı olduğuna baxmayaraq müsbət nəticələri də olmuşdur. O cümlədən aşağıdakılara işarə etmək olar:

1) Yəmən xalqının Ənsarüllaha inanması və etimad etməsi, Hövsilərə qarşı neçə illik psixoloji müharibənin təyinediciliyinin aradan getməsi.

2) Ərəbistanın siyasi imicinin zədələnməsi.

3) Ərəbistan diplomatiyasının məğlubiyyətə uğraması və Yəmən əhalisinin bu ölkəyə əbədi nifrət bəsləməsi.

4) Ərəbistan vəhabi ruhanilərinin biabır olması. Onlar şahların ağzına göz dikərək bəzən cihadı, bəzən isə onu dayandırmağı şəri vacib kimi təqdim edirlər.

5) Ərəbistan xalqında Yəmənin günahsız camaatını qırmaq haqqında böyük sualın yaranması.

6) Ali-Süudun iki hərəmin xadımı olmaq səlahiyyətsizliyinin sübuta yetməsi. Buna görə də islam konfransı təşkilatı tezliklə onların bu haqdakı səlahiyyətsizliyini elan etməli və iki şərif hərəmin idarəsini islam ölkələri məcmuəsinin sərəncamına verməlidir.

7) Amerikanınən müasir hərbi təchizatına malik olmasına baxmayaraq Ərəbistan ordusunun yetərsizliyinin bəlli olması.

8) Avropa birliyi, Amerika və digər beynəlxalq qurumların bu cinayətlərin qarşısında sakit qalması, hətta qatil tərəfində dayanıb onu himayə etməsi nəticəsində sual altına getməsi.

Ərdəbil imamcüməsi bu müharibənin digər bərəkətləri kimi Yəməndə şiə, sünni, zeydiyyə və digər təriqətlər və etnik qruplar, eləcə də şimal- cənub arasında birliyin yaranmasını vurğulamışdır. O, həm də Ərəbistanın bu cinayətlərini təsdiq və himayə edən ölkələrin mahiyyətinin aydınlaşmasını da müharibənin bərəkətlərindən hesab edərək qonşularımızdan birinin müharibə əməliyyatları zamanı yüksək rütbəli bir heyətlə yorulmayasan demək üçün Ərəbistana getməsini tənqid etmiş, bu səfəri diplomatik cəhətdən qeyri – məntiqi adlandırmışdır. Ayətüllah Amili bu hücumun uğursuzluğunu Amerikanın orta şərq siyasətlərinin tam uğursuzluğu, İran islam respulikasının isə yeni qələbələri kimi qiymətləndirmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button