AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbil əyalətinin qeyri-dövlət qurumlarının Azərbaycan respublikasında şah İsmayıl Səfəviyə təhqirə qarşı etiraz bəyaniyyəsi

bəyaniyyə
Ərdəbil əyalətinin qeyri-dövlət qurumlarının Azərbaycan respublikasında şah İsmayıl Səfəviyə təhqirə qarşı etiraz bəyaniyyəsi
– Ispirtli içki fabriklərindən biri şah İsmayıl Səfəvinin əksini daşıyan yeni məhsul buraxmışdır!
Vəliyyi- fəqihin əyalətdəki nümayəndəsi və Ərdəbilin sevimli imamcüməsi ötən həftə ərzində Azərbaycan respublikasında şiə tarixinin təsiredici şəxsiyyəti, pak əhli-beyt maarifinə əsasalanan böyük və bütöv İran banisi şah İsmayıl Səfəviyə edilən biabır təhqiri tənqid etmişdir.
Adları aşağıda qeyd edilən müəssisələr, qurumlar elmi, ədəbi, ali təhsil ocaqları Azərbaycan respublikasının avropalılaşma xulyasına qapılaraq tənəzzüldə olan Avropa qarşısında özünü itirən hakimlərinin tarixi, mədəni və dini əsasları nəzərə almadan etdikləri cahil təhqiri məhkum etmiş və Azərbaycan rəsmilərindən istəmişlər ki, dünya imperializminin istəyi qarşısında öz dini, tarixi və mədəni sərvətinin başını kəsməsin və ölkə əhalisinin şah İsmayıla bəslədiyi məhəbbəti (bu ölkənin tarixi sənədləri Azərbaycan xalqının o birlik yaradan tarixi şəxsiyyətə bəslədikləri məhəbbətlə doludur) diqqətdən kənarda qoymasınlar. Şübhə yoxdur ki, hazırkı dövrdə islam-şiə mədəniyyətinin çiçəklənməsi Səfəvi sərdarlarının, birinci şah İsmayılın unudulmaz səylərinin nəticəsidir. Onlar Ələvi hökumətini yaratmaq və əhli-beyt bayrağını dalğalandırmaq üçün Hüseyn qiyamını davam etdirərək qəhrəmanlıqlar yaratdılar. Dünya şiələri, xüsusilə azərbaycanlılar həmişə buna fəxr etmiş və edəcəklər.
Azərbaycan xalqı öz milli və beynəlxalq şəxsiyyəti ilə belə davranılmağa, haram ticarət üçün istifadə edilməsinə razıdırmı? Azərbaycan respublikasının konstitusiyası da dinlərin təhqir olunmasını qəbul etmir. Bu təhqir həm də Azərbaycan respublikası konstitusiyasının din və məzhəblərə hörmət prinsiplərinə uyğun deyidir.
———————————————————————
Mühəqqiq Əldəbili universitetinin tarix və islam maarifi kafedrası
şeyx Səfiyəddin Ərdəbili adına elmi və mədəni araşdırmalar mərkəzi
şiəşünaslıq fondu
Qafqaz mədəiyyət mərkəzi
şiə tarixi araşdırmalar müəssisəsi
şah İsmayıl Xətai adına ədəbi əncümən
Ərdəbil məhdi-təşəyyö mədəniyyət müəssisəsi
müşfiqin mədəni-sənət müəssisəsi
aran beynəlxalq araşdırmalar və mədəniyyət müəssisəsi
darülirşad fəcr mərkəzi
mühəqqiq Ərdəbili universiteti tələbələrinin islami əncüməni
fərhənkgiyan universitetinin tələbələr bəsici

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button