ArxivXəbər lentiXəbərlər

Çeçenistandan İŞİD-ə 405 terrorçu qatılıb

Bu haqda Çeçenistan Daxili İşlər Nazirliyinin nümayəndəsi danışıb
Çeçenistan Daxili İşlər Nazirliyinin nümayəndəsi məsələ ilə bağlı açıqlamasında, “Əlimizdəki məlumatlara görə, indiyədək Suriyada İŞİD sıralarında döyüşməyə gedənlərin sayı 405-ə çatıb. Bunlardan 104-ü məhv edilib, 44-ü geri qayıdıb, qalanlarının başına nə gəldiyi isə bilinmir”,- deyə bildirib. Suriyadakı döyüşlərə qoşulanlarla bağlı 88 cinayət işinin açıldığını açıqlamalarına əlavə edən Daxili İşlər Nazirliyinin nümayəndəsi qayıdanların bəzilərinin saxlanıldığını, bəzilərinin isə cəzasını çəkib azadlığa çıxdığını söyləyib. Çeçenistan daxili işlər nazirinin köməkçisi Apti Alaudinovun ifadəsinə görə də son zamanlar ölkənin müxtəlif bölgələrindən övladları İŞİD-ə qatılan və ya qatılmağı düşünən bir çox ailə onlara müraciət edib. Gənclərin Suriyaya gedişilə bağlı ciddi iş apardıqlarını deyən Alaudinov, “Hər gün bu istiqamətdə işlərimiz olur. Yazışmalar, gedilən yollar və hərəkət kanalları barədə məlumatlarımız etibarlıdır. İnsanlar uşaqları üçün bizə müraciət edirlər. Biz də onlara uşaqlarının geri qayıtması üçün yardımçı oluruq”,- deyə əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button