ArxivXəbər lentiXəbərlər

İrəvanda kütləvi etiraz aksiyaları davam edir – FOTO

Etirazçılar hakimiyyətə tələblərini açıqlayıblar.

İrəvanın mərkəzində keçirilən aksiya iştirakçıları Ermənistan hakimiyyətinə üç tələb irəli sürüblər.

Qafqaz.ir-ın APA-ya istinadən verdiyi xəbərə görə, etirazçılar elektrik enerjisinin bahalaşması haqqında qərarın tətbiqinin dayandırılmasını, ictimaiyyət fəalları ilə elektrik enerjisi tariflərinin aşağı salınmasına dair danışıqlara başlamağı, həmçinin iyunun 23-də etirazçı və jurnalistlərə qarşı zor tətbiq etmiş mülki geyimli polis əməkdaşlarının məsuliyyətə cəlb edilməsini tələb ediblər.

“Biz hər-hansı siyasi qüvvəyə mənsub deyilik, Biz, soyğunçuluğa yol verməyərək,  həmişə xalqla olacağıq”, deyə fəallar bildirib.

Hazırda aksiyanın keçirildiyi Baqramyan prospektində vəziyyət sakitdir. Etirazçılar mahnı oxuyub rəqs edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button