ArxivXəbər lentiXəbərlər

İmam Xomeyni iftara nə yeyərdi?

“İmam Xomeynin iftarı bir az çörək və üzüm olardı, ya da pendir – çörək yeyərdi. Elə bu!”

Hacı İsa Cəfəri İmam Xomeyninin oruc və iftarı barədə xatirələrini danışarkən dedi: İmam Xomeyninin olduqca sadə iftarı olradı. Həmişə də ifrat süfrəsində İran xalqı, dünyanın məzlum xalqları və zəif saxlanılmış insanlarına dua edərdi.

O yaşının çoxluğundan İmam Xomeyninin ramazan ayındakı əməllərini çox da xatırlamasa da hər bir şeyi də tamamilə unutmayıb.O deyir: Yaxşı yadımdadır, bir gün Hacı Əhməd (İmam Xomeyninin oğlu Əhəd Xomeyi nəzərdə tutulur – mütərcimdən.) 200 nəfər dövlət məmurunu dəvət etdi. Ayətullah Xameneidə onların arasında idi. İmam Xomeyninin imamlığı ilə camaat namazı qılındı. Namazdan sonra bəzi məmurlar dedilər ki, əgər meyliniz varsa şam yeməyini bizimlə birlikdə yeyin. İmam Xomeyni cavablarında dedi: Mən gərək şamı hacı xanımla (həyat yoldaşı nəzrdə tutulur – mütərcimdən.) birlikdə yeyim.

Hacı İsa Cəfəri əlavə etdi: Sözün qısası budur ki, onun həyat yoldaşına göstərdiyi xüsusi qayağı və hörmək misilsiz idi. Bir dəfə onun həyat yoldaşı xəstəxanaya getmişdi. İmam Xomeyni həmin gün mənə dedi: Hacı İsa, xanımım xəstəxanaya gedib, anbaan onun vəziyyəti barədə mənə məlumat verin. Mən də xəstəxanaya gedib, onun həyat yoldaşının səhhəti barədə hər ləhzə İmam Xomeyniyə xəbər verir, onu cərrahiyyə əməliyyatına girməsi, əməl otağından çıxmasını İmam Xomeyniyə çatdırırdım. Sonda xanımının salamatçılığı xəbərini çatdıdım. İmam Xomeyni hər mərhələdən sonar mənə tapşırıq verdi ki, hacı xanımın şəfasının şükrü olsun deyə Tehranın cənubunda yaşayan yoxsul sakinlər üçün bir miqdar pul xərəcləyəm.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button