ArxivXəbər lentiXəbərlər

ABŞ Azərbaycanda çevriliş planı hazırlayıb?

Sön dövrlər Azərbaycanla Qərbin, xüsusi ilə də ABŞ-ın münasibətlərində yaranan soyuqluq ilə bağlı ABŞ-ın Azərbaycanda hakimiyyəti dəyişdirmək planı barədə məlumat yayılıb.

FaktXəbər-in məlumatına görə, “aznews” bunları sübut edən materialların daxil olduğunu iddia edir.

Materiallara əsasən, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta yaxın bir neçə ay ərzində müxalifətin radikal qanadının bir çox üzvləri ilə ciddi görüşlər keçirib və vurğulayıb ki, bu ideyaların gerçəkləşməsi üçün ABŞ Dövlət Departamenti Azərbaycan müxalifətinə maddi və mənəvi dəstək verəcək.

Əldə edilən informasiyalardan bəlli olur ki, 2015-ci ilin may-iyun ayları ərzində Robert Sekuta və onun siyasi məsələlər üzrə müşaviri Syuzan Çesli bununla bağlı fəaliyyətlərini daha da aktivləşdiriblər. Bu aktivləşmə Azərbaycanın müxalifət düşərgəsində təmsil olunan tanınmış simalarla bir neçə görüşlərin keçirilməsilə müşahidə edilib. Bu görüşlərin bəziləri barədə mətbuatda məlumatlar yayılsa da, müzakirə olunan məsələlər gizli saxlanılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button