İslamçı məhbus Ziya Tahirov cərimə kamerasına salınıb.
5 saylı CÇM-də saxlanılan hicab məhbusu Ziya Tahirov 3 gündür ki, cərimə kamerasına salınıb. İslamçı məhbusun “kars”a salınmasının səbəbi açıqlanmayıb.
2012-ci ildə Masallı rayonunda həbs olunan və əsassız ittihamlarla 7 il azadlıqdan məhrum edilən Ziya Tahirov bir neçə dəfə dini təbliğat fəaliyyətinə görə “kars”a salınıb.