ArxivXəbər lentiXəbərlər
İŞİD Rusiyada işsizləri özünə qoşur

Rusiyanın Xabarovsk vilayəti yaxınlığında İŞİD terror təşkilatı üzvləri insanları öz sıralarına cəlb etmək üçün aktiv fəaliyyətlə məşğuldurlar.
Cenubnews.com “Rusiya” mətbuatına istinadən xəbər verir ki, bu barədə “Birlik” Regional Müsəlmanları Cəmiyyəti İctimai Hərəkatının sədri Həmzə Kuznetsov məlumat verib.
“Hüquq-mühafizə orqanlarında işləyən tanışlarımın məlumatına görə, Xabarovsk ətrafında “İŞİD” üzvləri iş aparırlar. Bildirirlər ki, bununla bağlı cinayət işi başlanıb. Onlar, Orta Asiya respublikalarından gələnlərdən şübhələnirlər”,-deyə bildirib.
Həmzə Kuznetsov deyib ki, İŞİD üzvləri işsiz miqrantlara böyük pul – 50 min rubl təklif etməklə onları öz sıralarına qoşmaq istəyirlər.