ARDNŞ prezidenti: “İranla əməkdaşlıq variantlarına baxırıq”
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, “İranla “altılıq” ölkələrinin razılığa gəlməsinin bizim üçün çoxlu müsbət əlamətləri var. İranla əməkdaşlıq variantlarına baxırıq”. Bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ANS-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, İranla Azərbaycan arasındakı münasibətlər hər zaman yüksək səviyyədə olub: “Hələ “Altılıq” ölkələrinin razılığa gəlməsindən öncə, yəni ötən ay mənim İrana çox uğurlu səfərim oldu. İranın neft naziri cənab Bijən Namdar Zəngənə ilə görüşlərimiz oldu. Birgə iş birliyi haqqında müzakirələr oldu. Artıq bizim bununla bağlı müəyyən layihələrimiz var”.
Abdullayev deyib ki, Azərbaycan İrana investisiya qoymaqda maraqlıdır. Düşünürəm ki, biz İran layihələrində aktiv iştirak edəcəyik”.
Abdullayev deyib: SOCAR-ın orda həm investisiya layihələri həyata keçirmək, həm də operatorluq etmək üçün müəyyən layihələri var.
SOCAR prezidenti deyib ki, İran tərəfi Azərbaycan qaz anbarlarının imkanlarından istifadə etmək istəyir. Həmçinin Azərbaycandan kommersiya qazı almaq istəyir.
Qeyd edək ki, bir neçə ildir, SOCAR-ın Tehranda təmsilçiliyi var.