Azərbaycan Respublikasında politoloq Rövşən Novruzoğlu iqtisadi-ticari bir heyətlə İrana səfər etmiş Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin səfərinin önəminə və İran rəsmiləri ilə görüşlərinə toxunaraq, deyib: Bu görüşlər öz təsirini Azərbaycan Respublikasının da İran kimi addım ataraq, İran vətəndaşlarının Azərbaycan Respublikasına daxil olmaları üçün vizanı götürəcəyi zaman göstərəcək.
Səhər telekanalının Bakı müxbirinə müsahibə verən Rövşən Novruzoğlu iki ölkənin ortaqlıqları və həmkarlıq sahələrinə toxunaraq, söyləyib: İki tərəfin iqtisadi sahədəki əməkdaşlıqlarının gücləndirilməsi hər iki ölkə vətəndaşlarının istəyidir.
O, İranın azad ticarət və sənaye məntəqələrində investisiya imkanlarına da toxunubdur.