Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasını İran diplomatiyasının uğuru adlandırıb.
Ü.Cəfərov Beynəlxalq Səhər Kanalının Bakıdakı müxbiri ilə müsahibədə deyib: Bundan sonra İran İslam Respublikası müxtəlif sahələrdə yaxşı inkişafa nail ola bilər və bu qələbə regional böhranların həllində, qonşu ölkələr ilə əlaqələrin genişləndirilməsində müsbət təsirə malik olacaq.