Ayətüllah Amili: müxbirlərin əsas vəzifəsi xalqın tələbatını təmin etməyi istəməkdir.

Ərdəbil imamcüməsi demişdir: mətbuatın ən mühüm vəzifələrindən biri əhalinin tələbatını dövlətdən istəməkdir.
Qafqaz mədəniyyət mərkəzinin raportuna görə ayətüllah seyid Həsən Amili təlayedarani- nuri- Ələvi mədəni müəssisəsi və əyalətin mediya bəsici tərəfindən keçirilən müxbirlərin peşə bayramı mrasimində demişdir: müxbirlik qiymətli bir peşədir.
Dünyanın bütün işləri informasiya və verilərə əsasən tənzimlənir. Buna görə də fikirlər və düşüncələr olduğu kimi camaata ötürülməlidir.
O demişdir: hər bir cəmiyyətdə baş verən dəyişiklik və irəliləyiş həqiqətləri öyrənməkdən asılıdır. Buna görə də müxbirlər həqiqətləri camaata çatdırmaq üçün var qüvvələrilə çalışmalıdırlar. Vəliyyi- fəqihin əyalətdəki nümayəndəsi və Ərdəbil imamcüməsi artırmışdır: mətbuat cəmiyyətlərdə insan hüququnu yaxşıca qoruya bilər. Tənqidçi qələm olmayan cəmiyyətdə qanunauyğun və cavabdeh bir system ola bilməz. cəmiyyətin bir çox problemləri mətbuat və tənqidçi qələm vasitəsilə öz həllini tapır.
Ayətüllah Amili açıqlamışdır: mətbuat həqiqəti bəyan etməklə müəyyən problemi həll etmək üçün cəmiyyətdə ümumi fikir formalaşdıra bilərlər. Missal üçün mətbuat və agentliklər əkin yerlərinin təyinatını dəyişdirməkdə mövzunu tənqidi qələmlərilə araşdırıb qeyri-qanuni icazələri aşkar edib əkin mənbələrini xəlas edə bilərlər. o bildirmişdir: müxbirlər verdikləri xəbərin düzgün olduğuna tam inanmalı və bu sahədə əmanətdarcasına çıxış etməlidirlər. mətbuatın mühüm vəzifələrindən biri camaatın problemlərini izləməli və onların hüqunun təmin olunmasını rəsmi dairələrdən tələb etməlidirlər. belə olduqda isə mətbuatın rolu da bərpa oluna bilər.
Ərdəbil əyalətinin xibrələr məclisindəki nümayəndəsi xibrələr məclisinin qarşıdakı seçkilərində siyasi qrupların təmini istiqamətindən çəkinməli olduqlarına işarə edərək açıqlamışdır: camaatın əsas hüquqlarından biri budur ki, qərar qəbul etmə mərkəzlərində layiqli deputatlar olmalıdır və mətbuat və informasiya vasitələri həqiqətlərin bəyan edilməsində effektiv rol oynaya bilərlər.
Ayətüllah Amili artırmışdır: həqiqi bir müxbir şəxsi rifahına göz yummalı və həqiqətləri bəyan etməkdə fəallıq göstərməlidir. kopi-pest prosesi bir müxbir üçün metoda çevrilməməlidir. Informasiya vasitəsi əhalinin problem və nigərançılıqlarını axtarmalıdır.
Günümüzdə 160 fars dilli kanal İran islam respublikasına qarşı fəaliyyət göstərir ki, daxili informasiya vasitələri tam dəqiqliklə onların yaydığı xəbərləri araşdırmalı həqiqəti əhaliyə çatdırmaqda lazımi diqqət göstərməlidirlər.
vəliyyi-fəqihin əyalətdəki nümayəndəsi və Ərdəbil imamcüməsi bildirmişdir: müxbirlər peşəkar olmalı, istifadə etdikləri sözlərin fərqində olmalıdırlar. Çünki sözlərin məna və hüquqi yükü vardır.