ArxivXəbər lentiXəbərlər
Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağını polisə apardılar

Bu gün saat 11:00 radələrində QAT sədri Akif Nağı Bakı şəhəri Nərimanov polis idarəsinə aparılıb. Bu barədə Qarabağ Azadlıq Təşkilatının Mətbuat Xidmətindən FaktXəbər-ə bildirilib. Məlumatda deyilir ki, QAT bu gün saat 1200-də Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirmək haqda qərar vermişdi. Görünür Akif Nağının saxlanılmsı bu aksiya ilə bağlıdır.