ArxivXəbər lentiXəbərlər
Şəriətə görə qadınların geyimi nə formada və hansı rəngdə olmalıdır?

Oxucu sual verir: Şəriətə görə qadınların geyimi nə formada və hansı rəngdə olmalıdır?
İslam şəriəti qadının geyimi üçün bəzi vacib şərtləri nəzərdə tutur.
Qafqaz.ir-ın məlumatına əsasən, birincisi, geyim qadının sifətindən və biləkdən aşağı əllərindən başqa bütün bədənini örtməlidir. İkincisi, paltar qadının bədənini əks etdirəcək qədər şəffaf olmamalıdır. Üçüncüsü, paltar qadının bədən cizgilərini göstərəcək qədər dar olmamalıdır. Nəhayət, dördüncüsü, paltar başqalarının nəzər-diqqətini özünə çəkəcək qədər cəlbedici və çağırıcı olmamalıdır.
Paltarın rənginə gəlincə, burada əvvəla, axırıncı şərtə riayət etmək lazımdır. Yəni paltarın rəngi cəlbedici və əlvan olmasın. Qadın diqqəti özündən uzaqlaşdıran rənglərə və çeşidlərə üstünlük versə, daha yaxşıdır.