ArxivXəbər lentiXəbərlər

İran-Azərbaycan mədəni əlaqələrinin dərinləşdirilməsi vacibliyi

İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi deyib ki, iki ölkənin siyasi və mədəni əlaqələri ən yaxşı səviyyədədir.

İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi İbrahim İbrahimi bazar günü IRNA ilə müsahibədə qarşılıqlı mədəni əlaqələrin genişlənməsi üzrə böyük imkanlara toxunaraq, bildirib ki, iki ölkə din, məzhəb, tarix, sivilizasiya və dil üzrə bir çox ortaqlığa malikdir.

İbrahimi vurğulayıb ki, İran-Azərbaycan Respublikası əlaqələri ən yüksək səviyyədədir və qarşılıqlı mədəni əlaqələrin genişlənməsi üçün mövcud imkanlardan istifadə edilməlidir.

İbrahimi həmçinin deyib ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ahəngdarlığı ilə İslamda sülh və dostluğa təkid və ifratçılıq və zorakılıqla mübarizə sahəsində birgə şəkildə səkkiz adda kitab tərcümə və çap olunmaqdadır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button