Xəbərlər

Müsəlmanların qanını tökən İsrail Azərbaycan xalqının dostu ola bilməz

Ermənistan  parlamentinin  xarici əlaqələr komitəsinin sədri Artak Zakariyan  İsrailin Yerevandakı səfiri Şəmva Məryəmlə görüşüb.

Görüş zamanı A. Zakariyan iki ölkə arasında iqtisadı və siyasi münasibətlərin dərinləşdirilməsində maraqlı olduqlarını bildirib. O, həmçinin parlamentlərarası münasibətlərin də genişləndirilməsinin vacibliyini vurğulayıb və hər iki xalqın taleyini eyniləşdirib.
Görüşdə İsrailin İrəvandakı səfiri Şəmva Məryəm də iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb.
Ekspertlərin qənaətincə, Təl-Əviv Mərkəzi Asiya, Cənubi Qafqaz, o cümlədən, Ermənistan və Azərbaycanla əlaqələrini daha da genişləndirməyə çalışır.
Görünür, İsrail Dağlıq Qarabağ münaqişəsindən sui-istifadə edərək, Azərbaycan və Ermənistandakı proseslərə müdaxilə etməyə böyük önəm verir. Qarabağ münaqişəsinin həllində Minsk Qrupunun uğur qazana bilməməsindən istifadə edən imperialist qüvvələr, o cümlədən İsrail rejimi situasiyadan öz uzunmüddətli maraqlarına çatmaq üçün istifadə etməyə səy edir. Hazırda İsrail Azərbaycan və Ermənistanla «strateji» əməkdaşdır. Amma Fələstində davamlı olaraq müsəlmanları qanını tökən İsrail Azərbaycanın müsəlman xalqına və dövlətinə dost ola bilməz.

islaminsesi.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button