ArxivXəbər lentiXəbərlər

Qadir İbrahimli: “Ölkəyə gətirilən maşınların sayında kəskin azalmanın bir səbəbi də ölkə iqtisadiyyatındakı durğunluqla bağlıdır”

Gürcüstandan ölkəyə gətirilən maşınların sayında ötən ildən kəskin azalmalar müşahidə edilir. Belə ki, Statistika Komitəsinin verdiyi məlumata görə Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin analoji dövründə Gürcüstandan Azərbaycana ixracın həcmi 55 % azalıb. bu ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 46 milyon dollar həcmində minik avtomobili ixrac edilib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 121,1 milyon dollar azdır.

Ölkəyə gətirilən maşınların sayının kəskin azalmasını bir neçə amillə izah edən iqtisadçı ekspert Qadir İbrahmli Deyerler.org-a fikirlərini bölüşərkən bildirib ki, bu proseslər yaxın iki il ərzində davam edəcək: “Azərbaycana gətirilən avtomobillərin sayının kəskin azalmasının bir neçə səbəbi var. İlk olaraq ötən ildən AVRO-4 standartlarına keçidlə bağlı ölkəyə daha köhnə avtomobillərin gətirilməsinə bir qadağa qüvvəyə mindi. Artıq Azrbaycana köhnə avtomobillərin idxalına qadağa qoyulub. Digər bir amil isə ümumiyyətlə regionun iqtisadi mühitində baş verən dəyişikliklərdir. Azərbaycanda neft gəlirlərinin azalması bununla da əhalinin gəlirərinin kəskin şəkildə azalması prosesi gedir. Bu da istər- istəməz digər bazarlar kimi maşın bazarında öz mənfi təsirini göstərir. Bu prosesləri biz tikinti sektorunda da, mənzil bazarında da qabarıq şəkildə müşahidə edirik. Bu proseslər də gözlənilən idi. Düşünürəm ki, bu proseslər yaxın iki il ərzində davam edəcək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button