ArxivXəbər lentiXəbərlər
Şəhidimizin qisası alındı, iki düşmən hərbçisi məhv edildi- FOTO

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində iki erməni işğalçısı öldürülüb.
Qafqaz.ir -ın Ermənistan mətbuatına istinadən məlumatına görə, bu gün saat 17:00 radələrində Dağlıq Qarabağda Ermənistan ordusunun iki müddətdən artıq hərbi qulluqçusu Marat Rudolfoviç Xaçanyan və Arman Vaçaqanoviç Stepanyan döyüş postunda olarkən ölümcül güllə yarası alıb.
Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib.