ArxivXəbər lentiXəbərlər

Daha bir jurnalist saxlanıldı amma…

Daha bir jurnalist mülkigeyimlilər tərəfindən saxlanılıb.

 AzadXeber.az-ın məlumatına görə, dünən axşam saatlarında müstəqil jurnalist Əhməd Muxtar yaşadığı ünvanın yaxınlığında maşına mindirib aparıblar. Jurnalistlə maşında danışdıqdan sonra aydın olub ki, yanlışlıq olub. Bu barədə Ə.Muxtarın özü məlumat verib.

 “Tanımadığım mülkigeyimlilər maşına mindirib apardılar. Mənə aid olmayan, işimlə əlaqəsi olmayan suallar verdilər. İzah etdim ki, səhv adamı aparırsız. Bir az gedəndən sonra, vəsiqəmə baxdılar və məlum oldu ki, səhv düşüb. Dəqiqləşəndən sonra elə maşındaca buraxdılar. Sadəcə, dəqiqləşmə bir az uzun çəkdi”,-jurnalist qeyd edib.

 Əhməd Muxtar Meydan Tv-nin əməkdaşı Elnur Muxtarın qardaşıdır.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button