Bir müddətdir ki, ABŞ rəsmiləri Qarabağ münaqişəsini aktiv münaqişə kimi dəyərləndirirlər. Məsələnin zamanın bu kəsiyinə təsadüf etdiyi hələ məxfi qalır.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin bir müddət əvvəl “Dağlıq Qarabağ “dondurulmuş” münaqişə deyil” açıqlamasından sonra, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da eyni məzmunda danışıb.
APA-nın məlumatına görə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, ATƏT-in Minsk Qrupu vəziyyəti dəyişmək üçün tərəflərlə geri addım atılması məsələsini müzakirə edir. Biz bu münaqişəni “dondurulmuş” münaqişə kimi görmürük. İnsanlar ölürsə, bu, “dondurulmuş” münaqişə deyil. Məsələnin sülh yolu ilə həlli üçün biz tərəflərlə çalışırıq.
Amerikanın Bakı elçisi həmişəki kimi məsuliyyəti daha çox Ermənistan və Azərbaycanın üzərinə atıb: “Bütün tərəflər gərginliyin azalması və münaqişənin həll yolunun tapılması üçün addımlar atmalıdır”.