AktualAktualArxivXəbər lentiXəbərlər
Ərdəbilin came məscidində ənənəvi teştqoyma mərasimi

Məhərrəm ayı və şəhidlər ağası həzrət imam Hüseynə (ə) və Kərbəla şəhidlərinə əzadarlıq günləri astanasında Ərdəbilin came məscidində dini ənənəvi teştqoyma mərasimi keçirildi.
Qafqaz Mədəniyyət Mərkəzi –Teştqoyma mərasimi Zil-hiccə ayının 27-dən başladı və gecədən bir müddət keçənə qədər davam etdi. Əzadarlar, Ərdəbilin came məscidində dəstə-dəstə və heyət şəklində sinə və zəncir vuraraq İmam Hüseynə (ə) öz xalis sevgilərini göstərdilər.
Teştqoyma mərasiminin Ərdəbildə 500 illik tarixi vardır. Ərdəbilin 6 əsas məntəqəsində onun küçə, məscid və məhəllələri ilə birlikdə (yerli camaat ona “Xulə” deyirlər) Məhərrəm ayının matəm mərasimi rəsmi olaraq başlayırlar.
Ərdəbilin came məscidində şəhərin 6 əsas məhəlləsinin əlaməti olaraq 6 teşt su vardır. Əzadarlıqdan sonra hər məhəllənin nümayəndəsi cavanların köməyi ilə cəmiyyətin izdihamı və Kərbəla şəhidlərinə ağlayan halda teştləri məsciddə teşt qoymaq üçün düzəldilmiş xüsusi səkiyə qoyurlar. Sonuncu teşt yerinə qoyulduqdan sonra imam Hüseyn (ə) əzadarları su kuzələrini çiyinlərinə alır və onu boş teştlərə tökürlər.
Ərdəbilli əzadarlar 10 gün əzadarlıq müddətində susuzladıqda o sudan içirlər və imam Hüseynə (ə) salam göndərirlər. Üstəlik, onlar həmin suyun şəfa verəcəyinə inanırlar və təbbərrük olaraq evdə, yaxud xəstəxanalarda olan xəstələrinin şəfa tapması üçün o sudan aparıb ona içirdirlər.