ArxivXəbər lentiXəbərlər
Bakıda Azərbaycan Əhl Beyt(ə) şairlərinin toplantısı keçirilib

Azərbaycan şairləri Bakıda keçirilən şer gecəsində “Aşura və İmam Hüseyn(ə)” mövzusu ilə bağlı şerlərini qiraət edib, Aşura qiyamının yaşadılmasına təkid ediblər.
Bu ədəbi-ürfani şer gecəsində Azərbaycanın 20-dən çox mərsiyə şairi Kərbəla hadisəsi, Aşura şəhidləri və xanım Zeynəb(s.ə)-in qəhrəmanlığı ilə bağlı son şerlərini oxuyub, Aşura qiyamının yaşadılmasını vurğulayıblar.
İranın Bakıdakı səfirliyinin mədəniyyət attaşesi cənab İbrahim İbrahimi də bu mərasimdə, Aşura mədəniyyətinin qorunub, saxlanılmasında şairlər və mərsiyə yazanların roluna təkid edib və bu kimi tədbirlərin davamlı olaraq keçirilməsini istəyib.