“Qiyamət” günü yaxındır!

Siyasi məsələlər üzrə ekspert Hüseyn Şəriətmədari bu gün Tehranda çıxan Keyhan qəzetində bir məqalə dərc edib.
Şəriətmədari deyib: İsrail Amerikanın “Axilles Dabanı”dır və şübhəsiz Suriyaya hücumun başlanması ilə hər gün işğal altında olan bu ərazilərə və İsrailin strateji infrastrukturlarına doğru minlərlə raket atılacaq.”
Məqalədə deyilir:
1 – Amerika müharibəyə başlayan tərəf ola bilər. Lakin, onu yekunlaşdırmaq Amerika və müttəfiqlərinin ixtiyarından kənar məsələdir. Buna görə də, Amerikanın yeni bir müharibəyə başlaması ilə müxalif olan xalqın razılığını əldə etmək üçün ABŞ dövlət katibi Con Kerinin söz açdığı 2-3 gün davam edəcək raket hücumları əməliyyatına heç bir zəmin mövcud deyil və Almaniyada çıxan Nyus Döyçlənd qəzetinin yazdığına görə, Amerika İraqdan çıxdıqdan sonra artıq yeni bir uzunmüddətli müharibəyə başlamaq iqtidarında deyil. Necə ki, İsrail 1982-ci ildə 48 saat ərzində Livanın işini bitirmək niyyətində idi. Amma, yalnız 18 ildən sonra Con Kennedinin köməyi ilə bu vəziyyətdən xilas ola bildi.
2 – İsrail Amerika üçün “Axilles Dabanı”dır və şübhəsiz Suriyaya qarşı hərbi əməliyyatların başlanması ilə hər gün minlərlə raket işğal edilmiş ərazilərə doğru yağaraq, bütün təsisatları məhv edəcək.
3 – Suriyaya hücum müsəlman xalqlara İsraili mühasirəyə almaq kimi müstəsna bir fürsət vermiş olacaq.
4 – Suriyaya qarşı hərbi əməliyyatlarda iştirak edəcəklərini elan etmiş Ərəbistan, İordaniya, Türkiyə və digər ölkələr şübhəsiz asılı rejimləri devirmək üçün bu ölkə xalqlarına münasib şərait yaratmış olacaq. Və əlbəttə, böyük bir bazara və ticarət otağına bənzəyən Qətərin vəziyyəti də son dərəcə həssas və kövrəkdir.
İndi belə bir sual yaranır ki, görəsən Amerika və müttəfiqlərinin axmaqlığını xeyrə açılan qapı hesab etmək olmaz? Görəsən İslam və müsəlmanların tarixi düşməni olan tərəflərin öz ayaqları ilə müsəlmanların uzun illər arzusunda olduqları tələyə ayaq basmalarını gözləməyə dəyməz?
Bütün faktlar ondan xəbər verir ki, əgər bu hay-küylər psixoloji müharibədən kənara çıxarsa, “Qiyamət Günü” yaxındır və intiqam üçün intizarda keçən zaman başa çatmaq üzrədir.