ArxivXəbər lentiXəbərlər
Gürcüstanda möhtəşəm Tasua yürüşü

Marneuli şəhərində Tasua günü münasibəti ilə möhtəşəm yürüş keçirilib
“ahlibeyt.ge” saytına istinadən verdiyi xəbərə görə, hər il olduğu kimi bu ildə Gürcüstan müsəlmanlarının təşkilatçılığı ilə Marneuli şəhərində Tasua günü münasibəti ilə möhtəşəm yürüş keçirilib. Ölkənin müxtəlif bölgələrindən gəlmiş din xadimləri, dindarlar və adi müsəlmanların geniş iştirakı ilə baş tutan yürüşdə mərsiyələr oxunub və İslami şüarlar səsləndirilib. Əhli-Beyt (ə) Cəmiyyətindən başlayıb İmam Əli (ə) məscidində başa çatan yürüşün sonunda İmam Rza (ə) mədrəsəsinin müdiri Haci Əziz Nəbizadə çıxış edərək vəhdət və birlikdən, həmçinin Tasua yürüşünün əhəmiyyətindən danışıb. Daha sonra cümə namazı qılınıb.