ArxivXəbər lentiXəbərlər
Çeçenistanda Ramzan Kadırova sui-qəsdin qarşısı alınıb

Çeçenistan başçısı Ramzan Kadırova qarşı təşkil olunan sui-qəsdin qarşısı alınıb. “Report”un “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, sui-qəsdi təşkil edən Arqun şəhərinin bir neçə gənc sakinini Kadırov “bağışlayıb və azad edilmələrinə dair göstəriş verib”.
Məlumata əsasən, sui-qəsdi təşkilatçılarına “ikinci şans” tanıyan Çeçenistan lideri “vəhabi-təkfirçi ideologiyasının təsiri altına düşən 20-dən çox Arqun sakinini də doğru yola çəkib”.