Dağıstan vətəndaşı Hacı Maqemadova 17 il hökm oxunub
İslamazeri.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Rusiya hərbi məhkəməsi İŞİD terror təşkilatı cərgələrində vuruşduğu ittihamı ilə Dağıstan vətəndaşı Hacı Maqemadova 17 həbs cəzası verib. İstintaq araşdırmaları nəticəsində Hacı Maqemadovun islamı öyrənmək üçün Misirə getdiyi, Misirdə vəhhabi ideologiyasının daşıyıcılarına qoşulduqdan sonra Türkiyə vasitəsilə Suriyaya keçərək İŞİD terror təşkilatına qoşulduğu ortaya çıxıb. Onun 2012-ci ildə Dağıstanda kütləvi iğtişaşlarda iştirak edərək həbs olunduğu da məlum olub. O, 2014-cü ilin oktyabrında Misirdə saxlanılaraq, Rusiyaya deportasiya edilib. Məhkəmə zamanı prokurorluq terrorçuya 25 il həbs cəzası istəsə də, Qazi Maqemadova 17 il hökm oxunub.