
Hacı Tale Bağırzadəyə polis tərəfindən işgəncə verilməsinin ardınca; Bakı dövlətinin şiə ruhanilərinə təzyiq göstərməsinin səbəbi
Qafqaz Mədəniyyət Mərkəzi – Tanınmış ruhani və “Müsəlman Birliyi Hərəkatı”nın sədri, Tale Bağırzadə öz siyasi və ictimai fəaliyəti ilə bağlı məlumat vermək üçün Bakı Şəhəri Yasamal Rayonu Baş Polis İdarəsində çağırılıb və orada polis tərəfindən fiziki zorakılığa məruz qalıb. O, sonuncu dəfə Qobustan zindanından azad olduqdan sonra artıq neçənci dəfədir ki, hakimiyyət tərəfindən təhdid olunur. Azərbaycanda orta məktəblərdə hicabın qadağan edilməsinə etiraz etdiyi üçün həbs edilmiş Hacı Tale, azadlığa buraxıldıqdan sonra azadfikirli çıxışlarını davam etdirdiyi üçün yenidən həbs edildi. Onun adi həbsxanada qalmasına dözməyən hakimiyyət, Hacı Taleni Qobustan ağır zindanına göndərdi. Həbs müddəti başa çatdıqdan sonra zindandan azad olması Azərbaycan dindarlarına yeni mənəvi güc bəxş etdi və gənclərdə yeni ümid ruhu yaratdı. Çünki Hacı Mövsüm Səmədov və Hacı Abgül Süleymanov kimi tanınmış ruhanilərin həbsdə olması ilə Hacı Tale Bağırzadənin dindarlar arasıdna hüzuru şiələr üçün ümud pəncərəsi aça bilərdi. O, həbsdən azad olması ilə eyni zamanda siyasi və ictimai fəaliyyətlərinə başladı. Azərbaycan hökuməti də onun bu fəaliyətlərinin qarşısını almağa çalışır. Dövlət məmurları onun şiələr arasında iştirakına neçə dəfə mane olublar.
Azərbaycanın tanınmış ruhaniləri, o cümlədən Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, Cəfərilər heyətinin sədri Hacı Abgül Süleymanov, Cənub bölgəsinin tanınmış ruhanisi Hacı Fəramərz Abbasov və Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadə əsassız ittihamlarla, lakin həqiqətdə hicab qadağasına və ölkədə pozğunluğu yayan proqramların icrasına etiraz etdiklərinə görə həbs edildilər. Qarşıya çıxan sual budur ki, Bakı dövləti nə üçün Azərbaycanın şiə ruhanilərini əzməyə, onlar arasında qorxu yaratmağa cəhd edir?
Azərbaycan Respublikası müsəlman ölkəsidir və əhalisinin çoxunu şiələr təşkil edir. Ölkənin şiə ruhaniləri də Azərbaycanın müsəlman xalqının islami bir mühitdə yaşamaq haqqına təkid edir, digər müsəlman ölkələrində yaşayan xalqlar kimi öz mənzillərindən əlavə, ümumi və elmi məkanlarda da islami görünüş və qayda-qanunlara riayət edə bilmək haqlarına malik olmağı tələb edirlər. O cümlədən azərbaycanlı şiə dindarlar istəyirlər ki, ölkədə qızlar məktəbdə və təhsil ocaqlarında islami hicablarını qoruya bilsinlər, məscidlər Milli Təhlükəsizlik Nazirliyi və ona bağlı olan Qafqaz Müsəlmanlar İdarəsi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nəzarətindən azad surətdə fəaliyyət göstərsin, ruhanilər məscidlərdə əliyevlər ailəsini tərif etmək əvəzinə İslam dininin təbliğilə məşğul ola bilsinlər. Onların istəyi budur ki, Azərbaycanda (mədəniyyət aparatlarının və televiziyanın əsas təbliğ məşğələsinə çevrilmiş) Eurovision kimi pozğunluğu yayan ardıcıl müsabiqələrin, müxtəlif musiqi festivallarının keçirilməsi və il boyu dövlət büdcəsini yüzlərlə belə proqramların icrasına sərf etmək əvəzinə xalqın milli və mənəvi dəyərlərini təbliğ edən layihələr dövlətin gündəliyinə salınsın. Onlar, Qarabağ və onun ətrafında olan bölgələrin işğaldan azad olunmasını, Azərbaycanın Avropa mədəniyyəti dairəsinin yaratımı adlanmaqdansa, İslam dünyasının bir hisəsi kimi tanınmasını, Azərbaycan neft və qazının sionist rejim və İslamın bir nömrəli düşməninin enerji təhlükəsizliyini təmin etməsini deyil, öz xalqının iqtisadi problemlərinin aradan qaldırılmasına xərclənməsini istəyirlər. Azərbaycanın dindarları və şiə ruhaniləri Azərbaycanın sionistlər istədiyi kimi deyil, özünün olmasını istəyirlər.Səhər yuxudan ayılanda pozğun filmləri, bəzi xanəndələrin səviyyəsiz və pozğun hərəkətini deyil, insanlıq və mənəviyyəti əhatə edən proqramları izləsinlər. İstəyirlər ki, Məhərrəm ayında və Aşura günü bütün dünya şiələri kimi onlar da azadlıq yolunun şəhidi imam Hüseynə (ə) matəm saxlaya bilsinlər, dəstələr, heyətlər təşkil etsinlər. Onların da bir yerə toplaşmaq haqları olsun və toplaşmaq haqqı təkcə xalqın bütünə çevrilmiş pozğun müğənnilərə küçə konsertlərinə məxsus olmasın.Şiə ruhaniləri istəyirlər ki, sağlam bir camiə yaransın. Hər il qeyri-şəri dünyaya gələn körpələrin sayı artmasın. İntiharların, cinayətə cəlb olan uşaq və yeniyetmələrin sayı azalsın. Qumarxanalar, kazinolar, şərab istehsal edən zavodlar olmasın. Mənəvi boşluq üzündən vəhabilər cavanlarımızı aldadıb İŞİD və Ən-nüsrə terrorçu qruplarına qoşmasınlar.
Azərbaycan dövləti şiə ruhanilərinin xalqı oyatmasını xoşlamırlar. Ona görə də onları həbs edir, zindana salır. Belə nəzərə gəlir ki, xalqın Hacı Tale Bağırzadə ilə həmrəyliyinə görə onu üçüncü dəfə həbs edəcəklər. Amma aydındır ki, Bakı dövləti şiə ruhanilərinin başladığı fəaliyyəti və bu ilin Tasua və Aşura günlərində iştirakı ilə ən yüksək həddinə çatmış hərəkatı dayandıra bilməyəcək.