ArxivXəbər lentiXəbərlər

Azərbaycan prezidenti BMT Təhlükəsizlik Şurasını tənqid edib

Azərbaycan Respublikası prezidenti Qarabağ böhranının həll olunması üzrə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmamasını tənqid edib.

Qafqaz.ir-in  APA İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Parisdə BMT-nin Elm, Mədəniyyət və Təlim Təşkilatı YUNESKO-nun 38-ci iclasında çıxış edən İlham Əliyev Azərbaycan Respublikasında Qarabağ müharibəsi nəticəsində bir milyondan çox qaçqının olduğuna toxunaraq deyib: BMT Təhlükəsizlik Şurası Qarabağ münaqişəsinin həlli üçün 4 qətnamə təsdiqləyib. Bu qətnamələr Ermənistan qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalarını tələb edir. Lakin təəssüflər olsun ki, bu qətnamələrin təsdiqindən 20 ilin keçməsinə baxmayaraq, onların heç biri icra olunmayıb.

Azərbaycan Respublikası prezidenti əlavə edib: Ermənistan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 22 muzeyi məhv edib. Lakin Azərbaycan Respublikası Bakının mərkəzində yerləşən ermənilərin kilsələrini mühafizə edir. Bu, terrorin dini mahiyyət kəsb etmədiyini göstərir və islamı terrorizmlə əlaqələndirmək qəbulediləsi deyildir.

İlham Əliyev həmçinin Bakı və YUNESKO arasında yaxın əlaqələrin qurulmasına toxunub və deyib: Azərbaycan Respublikası YUNESKO-nun maliyyə dəstəkçilərindən birinə çevrilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button