AktualAktualArxivNardaranXəbər lentiXəbərlər

3 Nardaran sakini reanimasiyadadır, sakinlər “İmam Hüseyn” meydanına cəm olur

Hazırda Nardaran sakinlərinin “İmam Hüseyn” meydanına toplaşdığı qeyd olunur

Bu gün Nardaranda “Rəhimə Xanım” ziyarətgahının yanında yerləşən Hüseyniyədə namaz vaxtı polis əməkdaşları tərəfindən əməliyyat keçirilməsi haqda məlumat vermişdik.

Aldığımız məlumata görə, əməliyyat zamanı atışma baş verib. İlahiyyatçı Tale Bağırov və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb. Bundan sonra Hacı Zülfüqar Mikayılzadənin də həbs xəbərini aldıq, onun da hara aparıldığı məlum deyil.

İslamazeri.az-a daxil olan son məlumata görə, yaralananların 3-ü ağır halda, reanimasiyaya yerləşdirilib.

Hazırda Nardaran sakinlərinin “İmam Hüseyn” meydanına toplaşdığı qeyd olunur.

Bu arada APA məlumat yayıb. Agentliyin yaydığı xəbərə görə, Nardaranda baş vermiş əməliyyat zamanı bir polis işçisi ölüb, bir neçə polis isə yaralanıb.

– See more at: http://islamazeri.az/bu-gunku-hadisede-yaralanan-3-nardaran-sakini-reanimasiyadadir-sakinler-imam-huseyn-meydanina-cem-olur–28600.html#sthash.bBQWgk7O.dpuf

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button