ArxivXəbər lentiXəbərlər

Devid Kramer Azərbaycana qarşı sanksiyalar barədə danışdı

“Siyasi məhbusları azad etməyərək, Azərbaycan hökuməti Qərbdəki nüfuzuna zərbə vurmağa davam edir və bu kursun nəticələri ilə nə vaxtsa qarşılaşacaq.” FaktXəbər-in məlumatına görə, bu barədə Makkeynin İnstitutunun insan hüquqları və demokratiya üzrə direktoru Devid Kramer “Amerikanın Səsinə” müsahibəsində deyib.

“Azərbaycan hökumətinin siyasi məhbusları azad etmək üçün düzgün addım atmağa şansı var idi. Lakin o, bu imkanı əldən verdi. Siyasi məhbusları azad etməməsi ilə yanaşı, daha bir jurnalist – Rauf Mirqədirov altı il azadlıqdan məhrum edilib. Beləliklə, vəziyyət daha da pisə doğru gedir”, – Kramer deyib.

Kramer hesab edir ki, siyasi məhbusların azad edilməməsi Konqresdə Kristofer Smitin Aktının tərəfdarlarını artıracaq.

Onun sözlərinə görə, ictimai siyasət imkanları diplomatiyası nəticə vermədi və belə vəziyyətdə sanksiyalara əl atmaqdan başqa çıxış yolu qalmır.

Kramerin sözlərinə görə, əgər siyasi məhbuslar azad olunarsa, qanun layihəsi gündəlikdən çıxarılacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button