ArxivXəbər lentiXəbərlər

Bakıda Şimal-Cənub Dəhlizi üzrə beynəlxalq konfrans keçirilir

Bakıda “Şimal-Cənub Dəhlizi, Yeni Marşrutlar və Gələcək Perspektivlər” adı altında beynəlxalq konfrans işə başlayıb.

Bu konfrans çərşənbə axşamı günü günortadan öncə İran, Azərbaycan, Gürcüstan və Ukraynanın gəmiryolu, həmçinin limanlar, dənizçilik və gəmiçilik təşkilatlarının sərəncamçı müdirlərinin iştirakı ilə Bakıda işə başlayıb.

Birləşmiş bir dəhlizin təşkili və şimal-cənub dəhlizində əmtəə mal tranzitində vahid tarifə nailolma, İran, Azərbaycan, Gürcüstan və Ukraynanın iqtisadi həmkarlıqlarının güclənidirilməsi, eləcə də bu ölkələrin dəmir yolları və limanlarının imkanlarından istifadə bu konfransın keçirilməsinin başlıca hədəflərindəndir.

İranın Dəmiryolu Şirkətinin sərəncamçı müdiri Möhsün Pur Seyidağayi bu konfransda Qəzvin-Rəşt-Astara dəmir yolunun qovuşmasını şimal-cənub dəhlizinin təkmilləşdirilməsində mühüm adlandırıb və deyib ki, bu dəmiryolunun təkmilləşdirilməsilə İrandan əmtəə mal tranzitinin həcminin on milyon tonadək artacağı proqnoz edilir.

O, əlavə edib: 2017-ci ilin sonunadək Qəzvin-Rəşt dəmiryolunun tikintisi başa çatacaq və Rəştdən Astarayadək dəmiryolunun çəkilişi üçün də gələn günəş ilinin ilk altı ayında müqavilələr imzalayacaq və maliyyə təmini edəcəyik və bütövlükdə qarşıdakı üç ilədək Bəndər Abbasdan Astarayadək ümumölkə dəmiryolu təkmilləşdirilərək, istifadəyə veriləcəkdir.

İranın Dəmiryolu Şirkətinin sərəncamçı müdiri sonra deyib: Bu dəhlizin təkmilləşməsinədək biz qısamüddətli həll yollarını da nəzərdə tutmuşuq və bu konfransda razılaşdırılıb ki, hələlik Qəzvindən Rəştə və oradan da Astarayadək tranzit, tərkibli formada və yük maşını ilə, yerdə qalan marşrut isə dəmiryolu ilə həyata keçirilsin.

O, daha sonra deyib: Müvəqqəti qısa həll yolu kimi Azərbaycan Respublikasının Ələt limanına, oradan da Qara dəniz limanlarına və Ukraynayadək olan marşrut üçün İranın Əmirabad limanının qarşıdakı altı ayda “vaqonun gəmiyə daşınması” sistemilə təchiz olunması konfransın digər razılaşmalarındandır.

Azərbaycan Respublikası Dəmiryolu Şirkətinin sədri Cavid Qurbanov da konfransda bu dəhlizin önəminə toxunaraq, deyib: Hal-hazırda milyonlarla ton əmtəə mal Hindistandan Avropa ölkələrinədək altmış gün ərzində tranzit olunur, halbuki bu dəhlizin təkmilləşdirilməsilə bu müddət on dörd günədək, o da ki, daha aşağı xərcədək azalacaqdır.

O, “Biz bu sahədə İranla lazımi protokollar bağlamışıq” deyərək, ümidvarlıq edib ki, nüvə anlaşmasının icrasının başlanması ilə region iqtisadiyyatında parlaq üfüqlər açılacaqdır.

Bu konfrans çərşənbə axşamı günü iştirakçı ölkələrin rəsmiləri arasında əməkdaşlıq sənədinin imzalanması ilə işini başa vuracaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button