AktualAktualArxivXəbər lentiXəbərlər
Ayətullah Amili: 19 Yanvar “Dünya Müsəlman Azərbaycanlıları Günü” adlanması bir çox fitnələrin qarşısını aldı

20 Yanvar faciəsi Azərbaycan xalqının din və Ana Vətənə dönüşünün qisası idi.Biz də öz növbəmizdə Azərbaycanın günahsız xalqının qətliam edilməsi münasibətilə başsağlığı veririk.
Ərdəbilin imam cüməsi deyib: İran İslam Respublikası və dünya azəri dillilərinin indiki əsas problemi İslam düşmənlərinin əli ilə İslam tarixinin təhrif və müsadirə olunmasıdır. 19 yanvar hadisəsi tarix təhrifinin qarşısının alınmasının əsas görüntüsüdür.
Qafqaz Mədəniyyət Mərkəzi – Ayətullah Seyid Həsən Amili Ərdəbilin Xətayi Şəkil Qalereyasında keçirilən “19 Yanvar” gününün xatırlanması mərasimində deyib: “19 Yanvar azəri dillilərin İslam tarixinin təhrifinin qarşısını alması üçün əsas hərəkətidir. Hal-hazırda İslam dininin və müsəlmanların vəhdəti ilə müxalif olanlar müsəlmanların birliyi və onların həmrəyliyinə xələl gətirməyə cəhd edirlər”.
O çıxışının davamında deyib: “19 Yanvar dünya tarixində çox böyük bir gündür. Çünki Azərbaycan xalqı o gün tikanlı telləri qıramaqla və Ana Vətənin ağuşuna qayıtmaqla sübut etdilər ki, kommunistlərin 70 illik hökuməti bu böyük xalqın dini və milli kimliklərini dəyişdirə bilməmişdir. Ona görə də düşmən hətta, bu əzəmətli tarixi günün mahiyyətini dəyişməyə çalışdı və 31 dekabrı “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” elan etməklə ümumi fikri 19 yanvarda xalqın İslam və Ana Vətənə iradə və sevgisini təsdiqləyən böyük hadisələrdən uzaqlaşdırmağa, hiss və duyğuları öz tərəfinə çəkməklə bizim ərazi bütövlüyümüzü təhlükəyə salmağa cəhd etdi.
Rusiya kommunistləri Qafqazın müsəlman xalqını musiqi, rəqs, teatır, kinofilmlərə məşğul etmək, gənclər arasında etinasızlığı tərvic etmək, hicabı yasaqlamaqla xalqı İslam dinindən uzaqlaşdırmağa səy göstərirdi. Amma bu işi həyata keçirə bilmədi.
Bir hakimiyyətin öz xalqı üçün ərəməğan gətirə biləcək ən böyük cinayət onun əlifbasını, dilini və danışığını dəyişdirməkdir. Sovet kommunistləri regionda bunu etdilər. Stalin öz çıxışında deyir ki, məntəqənin müsəlman əhalisinin əlifbasını dəyişdirmək, bolşevik inqilabından daha böyük bir inqilab idi və onu biz həyata keçirdik”.
Ayətullah Amili daha sonra deyib: “Bu mərasimi Şah İsmayılın məzarı yanında keçirməyimizin səbəbi odur ki, Şah İsmayılın hələ də dünya xalqları üçün sözü vardır. Şah İsmayıl Səfyəddin Ərdəbili tarix boyu üç bariz xüsusiyyətə malik idi və o xüsusiyyətlər bunlardır:
-
O, islamçı idi, milliyyətçi yox.
-
Din və hökuməti bir-birindən ayırmırdı.
-
Bütün İran torpaqlarını birləşdirmək və İranın itirilmiş ərazilərini geri almaq”.