Azərbaycanda daha bir islamçı sayta giriş məhdudlaşdırılıb
İslamazeri.az bildirir ki, Azərbaycandan islamçı və şiə yönlü saytlardan sayılan “Cənub Nyus” informasiya saytına giriş ölkə daxilindən məhdudlaşdırılıb.
Cənub Nyus saytının baş redaktoru bu sayta girişin məhdudlaşdırılması barədə deyib: Polisin Nardaran qəsəbəsində islamçılara hücum etməsinin ardınca, bir çox saytlar həqiqətlərin insanlara çatdırılmasında problemlər yaşayıblar.
Bu məlumata görə, Cənub Nyus informasiya portalı Delta internet xidmətləri şirkəti ilə müqavilə müddətini uzatmasına baxmayaraq, hazırda bu sayta giriş məhdudlaşdırılıb.
Xatırlladaq ki, ötən həftə İslamazeri.az internet saytına giriş də məhdudlaşdırılmışdı.