2016-cı il Yay Olimpiya Oyunlarında İbtihac Mohammad adlı amerikalı idmançı qadın ilk dəfə olaraq hicabla çıxış edəcək.
Maide.az xəbər verir ki, 30 yaşlı bu müsəlman qadın olimpiadada qılıncoynatma üzrə yarışacaq. O şənbə günü qadınlar üzrə keçirilən dünya çempionatında qalib gəlib və 2016-cs il Yay Olimpia Oyunlarına vəsiqə qazanıb.
Xanım İbtihac Mohammad 13 yaşından qılıncoynatma ilə məşğul olur.
Qeyd edək ki, artıq uzun illərdir ki, İran İslam Respublikasından və bəzi digər müəslman ölkələrdən qadın idmançılar beynəlxalq əhəmiyyətli tədbirlərdə və yarışlarda islami hicabları ilə çıxış edirlər. Bu gün qeyri-müsəlman ölkələrdən də idmançı qadınların islami hicabla həmin ölkələri təmis etməsi sevindirici haldır./