İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi İran İslam İnqilabının qələbəsinin ildönümü günü ərəfəsində media təmsilçilərinin iştirakı ilə təşkil etdiyi mətbuat konfransında İslam İnqilabının milli, regional və beynəlxalq nailiyyətləri barədə deyib: İran xalqının inqilabı sayəsində hazırda dünya İran İslam Respublikasının hərtərəfli inkişafının şahididir.
Seyid İbrahim İbrahimi bu mətbuat konfransının kənarında Səhər kanalının müxbirinə verdiyi müsahibədə İran İslam Respublikasının nüvə müzakirələrində əldə etdiyi uğurlara işarə edib və deyib: İran xalqının 12 illik müqaviməti zorakılıq quruluşunun tamahkarlıqlarını ifşa etmiş oldu və qərblilər İran xalqının qanunu və təbii haqlarını etiraf etməyə məcbur oldu. Və hazırda dünya Qərbin İran ilə siyasi-iqtisadi əlaqələrə maraq göstərməsinin şahididir.
İranın Bakıdakı mədəniyyət attaşesi sanksiyalar dövründə Tehran-Bakı əlaqələrinin yaxşı səviyyədə olduğunu xatırladıb və deyib: İki ölkə əlaqələri müxtəlif sahələrdə, xüsusilə mədəniyyət sahəsində keçmişdə olduğu kimi davam edəcək və sanksiyaların ləğvindən sonrakı dövrdə daha artıq genişlənəcək.