Xəbərlər

İşğalçı israil – Azərbaycan matçında yəhudilər qondarma Qarabağ respublikasının bayrağını qaldırıblar

Məsələni soyuqqanlılıqla qarşılayan Azərbaycan rəsmiləri bu özbaşnaçılığa nəinki etiraz etməmişlər hətta işğalçı rejimin futbol komandası ilə səmimi oyuna davam etmişlər. 

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş işğalçı israil – Azərbaycan matçı qalmaqalla yadda qalıb.

Fələstin torpaqalrını işğal etmiş qondarma israilin Ramat Qandakı qarşılaşma zamanı sionistlər stadionda qondarma Dağlıq Qarabağın saxta bayrağını qaldırıblar. Məsələni soyuqqanlılıqla qarşılayan Azərbaycan rəsmiləri bu özbaşnaçılığa nəinki etiraz etməmişlər hətta işğalçı rejimin futbol komandası ilə səmimi oyuna davam etmişlər.

Qeyd edək ki, bu, son dövrlərdə azərbaycanlı futbolçuların üzləşdiyi ikinci belə təxribatdı. Belə ki, bir müddət öncə Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Qarabağ”ın Polşa “Piast”ı ilə səfər matçında polşalı fanatlar da oxşar təxribata əl atmışdılar. Lakin o zaman “Qarabağ” rəsmilərinin dərhal məsələyə müdaxiləsi həmin saxta bayrağın tribunadan yığışdırılması ilə nəticələnmişdi. Ağdam klubu həmçinin UEFA-ya da şikayət ünvanlamışdı və nəticədə bu günlərdə qitə futbol qurumu “Piast”a ağır cəza kəsdi. Belə ki, UEFA İntizam Komitəsi Qlivitse komandasını 5 min avro cərimələdi. İntizam Komitəsi cərimə ilə yanaşı, kluba məxsus stadionda “Ultras” fanat qrupunun yer aldığı hissəni də bağlayıb.

abna.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button