Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.
CBC telekanalının məlumatına görə, Azərbaycan prezidenti bu görüşdə Ankaradakı terror aktının tələfatı ilə əlaqədar Türkiyə xarici işlər naziri və bu ölkə xarici işlər nazirinə başsağlığı verib və Azərbaycanın bu hadisədən çox narahat olduğunu bildirib.
İlham Əliyev deyib: Azərbaycan xalqı həmişə olduğu kimi çətin günlərdə Türkiyə xalqının yanındadır və mən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində Azərbaycan xalqının başsağığını çatdırdım.
Azərbaycan prezidenti həmçinin əlavə edib: Gəncə şəhərində Azərbaycan və Türkiyənin Strateji Əməkdaşlıqlar Şurasının iclası baş verən bu hadisə ilə əlaqədar təxirə salındı və türkiyəli həmkarımla telefon söhbətində bu iclasın münasib zamanda keçirilməsi Türkiyə prezidenti ilə razılaşdırıldı.
Azərbaycan və Türkiyə Strateji Əməkdaşlıqlar Şurasının iclası cümə axşamı günü iki ölkənin dövlət başçısının iştirakı ilə Gəncə şəhərində keçirilməli idi.
İlham Əliyev iki ölkə əməkdaşlıqlarının genişləndirilməsində Strateji Əməkdaşlıqlar Şurasının əhəmiyyətini də qeyd edib.
Mövlud Çavuşoğlu da bu görüşdə Azərbaycan prezidentinin başsağlığı müraciəti və Azərbaycan prezidenti və xalqının çətin günlərdə Türkiyə xalqının yanıdan olmasını alqışlayıb.
Türkiyə xarici işlər naziri terrorun bütün növləri ilə mübarizənin vacibliyinə toxunaraq deyib: Terrorla mübarizə davam edəcəkdir.
Çavuşoğlu həmçinin ümidvarlıq edib ki, Azərbaycan və Türkiyənin Strateji Araşdırmalar Şurasının iclası tezliklə keçiriləcək və iki ölkənin əlaqələri daha da genişlənəcəkdir.
Türkiyə xarici işlər naziri Bakı səfərində həmçinin azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da görüşərək danışıqlar aparıb.
Azərbaycan və Türkiyə xarici işlər nazirləri görüşdə ikitərəfli məsələlər, regiondakı hadisələr barədə fikir mübadiləsi aparıblar.