ArxivXəbər lentiXəbərlər

Ermənilər Xocalıdakı torpaq sahələrini satışa çıxardılar – Fotolar

Ermənilər Azərbaycanın işğal altındakı Xocalı şəhərindən öz çirkin məqsədləri naminə hər cür istifadə edməkdədirlər.

Məlum olub ki, Xocalıdakı torpaq sahələri daşınmaz əmlak kimi ayrı-ayrı ermənilərin adından satışa çıxarılıb.

Bu haqda Ermənistanda daşınmaz əmlak satışına dair elanların yerləşdirdirildiyi saytlarda bildirilib.

Məsələn, Xocalıdakı şəkilləri təqdim olunmuş bu torpaq sahəsi 58.000 ABŞ dollarına (28.4 milyon Ermənistan dramı) satışa qoyulub. Elanda qeyd olunub ki, satışa çıxarılan ərazi 6000 kv.metr sahəyə malikdir. Ərazidə yarımçıq tikili, tikinti materiallarının olduğu da qeyd edilib. Torpaq sahəsinin “sahibi” onu 2 otaqlı mənzillə dəyişə biləcəyini bildirir.

Qeyd edək ki, erməni saytlarında Xocalı şəhəri İvanyan adı ilə təqdim edilir./modern/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button