ArxivXəbər lentiXəbərlər

Azərebaycanda insan haqları müdafiəçiləri apelyasiya şikayəti ediblər

İki insan haqları müdafiəçisi barələrində çıxarılmış ölkədən çıxmaq qadağasının ləğv edilməsi barədə apelyasiya şikayəti ediblər.

Modern.az saytının verdiyi məlumata görə, insan haqları müdafiəçiləri olan Leyla və Arif Yunus Apelyasiya Məhkəməsinə müraciət edərək, barələrində çıxarılmış ölkəni tərk etmək qadağasının ləğv edilməsini istəyiblər.

Bu iki insan haqları müdafiəçisinin vəkili olan Elçin Sadıqovun dediyinə görə, Leyla Yunusun səhhətində ciddi problemlər var və müalicə olunmaq üçün ölkə xaricindəki müəlicə mərkəzlərinə müraciət etməsi lazımdır. Amma, hökumət indiyə kimi onun ölkəni tərk etməsinə icazə verməyib.

İnsan haqları müdafiəçilərindən olan Leyla və Arif Yunus 2014-cü ildə maliyyə fırıldaqçılığında ittiham edilərək, ümumilikdə 16 il azadlıqdan məhrum edilmişdilər. Amma, hökumət Leyla Yunusun səhhətində yaranan ciddi problemləri nəzərə alaraq, onların sərbəst buraxılması barədə qərar qəbul edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button