ArxivXəbər lentiXəbərlər
İranın Sərhəd Qoşunlarının Komandanı Azərbaycana rəsmi səfərə gəlib

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin dəvəti ilə İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı, general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyəti martın 8-də Azərbaycana rəsmi səfərə gəlib.Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib.Martın 9-da qonaqlar Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib. Görüş zamanı Azərbaycan Dövlət Sərhəd Xidməti və İran İslam Respublikasının Sərhəd Qoşunları arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Belə ki, tərəflər arasında sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan – İran sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində, habelə Xəzər dənizində qeyri-qanuni fəaliyyətlərə qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin, qeyri-leqal miqrasiya və qaçaqmalçılıq fəaliyyətinin, narkotik maddələrin, silah-sursatın qanunsuz daşınmasının qarşısının alınmasının vacibliyi vurğulanmış, qeyd olunan sahələr üzrə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edilib.Bununla yanaşı “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Astara (AR) – Astara (İİR) dəmir yolu xəttinin birləşdirilməsi və bundan irəli gələn digər məsələlərin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə sərhəd qurumları arasında əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər müzakirə edilib.Görüşdə dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunması, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğu qeyd edilmiş, həmçinin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində İran nümayəndələrinə ətraflı məlumat verilib.Səfər çərçivəsində Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri və bir sıra digər hərbi obyektlərin fəaliyyəti ilə tanışlıq nəzərdə tutulur. |