ArxivXəbər lentiXəbərlər

Həqiqətpur: Qarabağ, Azərbaycan torpağıdır və azad olunmalıdır

Mənsur Həqiqətpur Rusiya və Türkiyənin siyasi-hərbi qarşıdurmalarını Suriyadan Qarabağa çəkmələrini vurğulayaraq deyib: “Rusiya,  ermənilərlə azrəbaycanlılar arasında yalnız Ermənistanın tərəfini saxlayacaq və erməniləri öz balansında nəzərə alacaq. Artıq Rusiya və Türkiyənin məntəqədə qarşıdurmasının şahidiyik və bu qarşıdurma Suriyadan Qarabağa çəkilib. Ona görə də Rusiya və Türkiyə arasında proxy (vəkalət) müharibənin başlanması mümkündür”.

Qafqaz Mədəniyyət Mərkəzinin verdiyi məlumata əsasən,  İran İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici SiyasətKomissiyasının sədr müavini Mənsur Həqiqətpur Qarabağda baş verən son hadisələr barədə danışıb. O deyib: “Son məlumatlara görə Azərbaycan öz işğal olmuş torpaqlarından bir hissəsini azad etməyə nail olub”.

Həqiqətpur, Bakının Qarabağ barədə tutduğu son strategiyaya işarə edərək deyib: “Azərbaycan, siyasi səhnədə təlaş etməkdən məyus olmuşdur və bu gün artıq öz itirilmiş torpaqlarının azad olmasını müdafiə və müqavimət yolunda görür. Çünki yadlara ümid bağlamaq və siyasi keşməkeşlərlə məsələni həll etmək mümkün deyil”.

İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici SiyasətKomissiyasının sədr müavini Azərbaycanın yüksək çinli rəsmilərini qınayaraq deyib: “Azərbaycan çox vaxt bundan öncə milli iradəyə və İslam dünyasının gücünə arxalanmaqla bu işi başlamalı idi. Əgər Azərbaycan rəsmiləri qeyrətlərini işə salsaydılar, indi vəziyyət belə olmazdı”.

O, əlavə edib: “Azərbaycan, Minsk qrupunu, yaxud hər hansı üçüncü ünsürü gözləsə, Qarabağ azad olmayacaq. Çünki Minsk qurpu Azərbaycanın Ermənistana qarşı hər hansı bir hərəkət etməsini istəmir”.

Ərdəbil əhalisinin parlamentdə nümayəndəsi xatırladıb: “Müqəddəs Müdafiə dövründə ölkəmizin rəsmi və vəzifəli şəxsləri hərbi paltar geyindi və öz övladlarını cəbhələrə göndərdi, şəhid oldular. Nə qədər alimlərimiz şəhid oldu. Xalqımız da öz rəhbərlərinə və alimlərinə baxaraq, canlarından keçdilər. Azərbaycan xalqı da özünü vətənə fəda edə bilər. Lakin, Azərbaycan rəhbərləri bu imkanı onlara yaratmır və özləri müharibədən qaçırlar”.

Qarabağ münaqişəsinin gələcək durumunu xarakterizə edən parlament üzvü deyib: “Azərbaycanın öz irəliləməsini davam etdirə biləcəyini qətiyyətlə demək mümkün deyil. Belə nəzərə gəlir ki, Azərbaycan hal-hazırda öz mövqelərini möhkəmləndirməlidir. Qarabağ torpağı Azərbaycana məxsusdur və Azərbaycan öz torpaqlarının 20 faizinin işğal altında olduğunu görür. Azərbaycanlılar milli iradə yarada bilsələr, mütləq Qarabağı azad edəcəklər”.

Sovetlər Birliyinin Qafqazda etnik transfer siyasətlərinə toxunan Həqiqətpur deyib: “Sabiq SSRİ zamanında ruslar Moskvanın təhlükəsizliyini təmin etmək məqsədilə Qafqazda yeni etnik düzüm yaratdılar və Qarabağın kimliyinin dəyişdirilməsi üçün bu məntəqənin  erməniləşdirilməsi də qeyd olunan siyasət çərçivəsində izlənilirdi. Lakin bilmək lazımdır ki, Qarabağ İslam torpağıdır. Qarabağ, Xankəndi kimi adlar azərilərə məxsusdur və kökü İslamdır. Bu diyar çoxlu İslam alimləri yetişdirib”.

Doktor Həqiqətpur “Qarabağda yaşayan ermənilərin erməni kimliyi və mədəniyyəti barədə narahatlığı” barədə sualın cavabında deyib: “Bir ölkənin torpağını işğal etməklə özünü ora sırımaq və kimlikdən dəm vurmaq olmaz. Bu məntəqə Azərbaycanın olmuşdur. Lakin bəzi azərbaycanlıların diqqətsizliyi və qeyrətsizliyi üzündən Azərbaycanın əlindən çıxmışdır”.

İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici SiyasətKomissiyasının sədr müaviniRusiya və Türkiyənin siyasi-hərbi qarşıdurmalarını Suriyadan Qarabağa çəkmələrini vurğulayaraq deyib: “Rusiya ermənilərlə azrəbaycanlılar arasında yalnız Ermənistanın tərəfini saxlayacaq və erməniləri öz balansında nəzərə alacaq. Artıq Rusiya və Türkiyənin məntəqədə qarşıdurmasının şahidiyik və bu qarşıdurma Suriyadan Qarabağa çəkilib. Ona görə də Rusiya və Türkiyə arasında proxy (vəkalət) müharibənin başlanması mümkündür”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button