Xəbərlər

Kevin Barret: Əl-Qaidə İsraili müdafiə məqsədi ilə yaradılıb

Siyasi analitik deyib ki, qərb kəşfiyyat xidmətləri əl Qaidə terror qruplaşmasını İsrailin maraqlarını müdafiə etmək və digər dövlətlərə hərbi müdaxiləni həyata keçirmək məqsədi ilə yaradıb.

Çərşənbə günü Press TV-yə müsahibə verən Kevin Barret deyib: “Terror ilə müharibə əslində bizə deyiləndən təmamilə fərqlidir. Əgər ABŞ əl Qaidə səbəbindən Suriyanı bombalasaydı bu çox qəribə hesab edilərdi. ”

O bu açıqlamanı senator Rand Paul prezident Barak Obamanı 11 sentyabr hücumundan 12 il sonra amerikalıları əl Qaidə ilə müttəfiq olmağa dəvət emtəsi üçün tənqid etdikdən sonra bəyan etdi.

Paul çərşənbə axşamı günü Vaşinqtonun əl Qaidəyə bağlı qrupların xeyrinə Suriyaya hərbi hücum planınan işarə edərək deyib: “Əl Qaidənin bizə hücumundan 12 il sonra, 3 min amerikalının əl Qaidə tərəfindən qətlə yetirilməsindən 12 il sonra prezident Obama bizi əl Qaidə ilə müttəfiq olmağa çağırır.”

Barret daha sonra deyib: “Əl Qaidə qərb xüsusi xidmət orqanları tərəfindən bir sıra xüsusi tapşırıqları həyata keçirmək üçün yaradılmış xarici kəşfiyyat əməliyyat qrupudur. Bu səbəblərdən biri də əl Qaidənin törətdiyi qeyri insani cinayətlər vasitəsilə İslami Oyanışı bütün dünyada mənfi hal kimi tanıtmaqdır.”
11 Sentyabr hadisələrinin elmi araşdırma mərkəzinin üzvü olan Barret əlavə edərək deyib ki, əl Qaidəni yaratmağın digər bir səbəbi də İsrailin maraqlarını müdafiə etməkdir.

Barret deyib: “Amerikalı rəsmilər kimyəvi silahdan istifadə bəhanəsi ilə Suriyaya hərbi hücum zamanı əl Qaidənin orada mövcud olması bəhanəsi ilə oraya daha çox hərbi qüvvələrin gətirilməsinə nail olacaqlar.”

islamtimes.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button